ABŞ-nin Corciya ştatında etirazçılarla polis arasında baş verən qarşıdurmada 35 nəfər saxlanılıb.
Aktualtv.az xəbər verir ki, Atlanta Polis İdarəsindən (APD) verilən yazılı açıqlamada, şəhərdə tikintisi planlaşdırılan Atlanta İctimai Təhlükəsizliyi Tədris Mərkəzinin tikintisini dayandırmaq istəyən nümayişçilər ilə polis arasında toqquşma olduğu bildirilib. Qara geyimli nümayişçilərin tikinti sahəsinə daxil olaraq polis əməkdaşlarına iri daş, kərpic, molotov kokteyli atdıqları qeyd edilib.
Açıqlamada həmçinin tikinti sahəsindəki materialların nümayişçilər tərəfindən yandırılaraq məhv edildiyi, 35 etirazçının saxlanıldığı da bildirilib. “Polis Şəhəri”nin (Cop City) tikintisinə etiraz edən nümayişçilər qarşıdakı günlərdə də nümayişlərini davam etdirə bilərlər.
Etibar Məmmədov / aktualtv.az










