İranda məktəblilərin zəhərlənmə halları çoxalır – Özəl

İranın 12 vilayətində daha 500-ə yaxın tələbə zəhərlənib. 3 aydan çoxdur kütləvi zəhərlənmə hallarının müşahidə olunduğu İranda adətən qız məktəblərində ötən gün yüzlərlə şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Aktualtv.az xəbər verir ki, İran mətbuatında əks olunan xəbərə görə, şagirdlərdə ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi zəhərlənmə əlamətləri müşahidə edilib. Ən çox zəhərlənmə hadisəsi 138 nəfərlə Kohgiluyeh və Alıcı Əhməd əyalətlərində qeydə alınıb.

Bundan əlavə, İsfahan, Gilan, Gülüstan, Rezevi Xorasan, Loristan, Həmədan, Fars, Kürdüstan, Xuzistan, Qəzvin və Mazandaran əyalətlərində bir çox tələbə zəhərlənmə əlamətləri ilə müalicə olunub. Zəhərlənən tələbələrin əksəriyyətinin evə buraxıldığı, müalicəsini davam etdirənlərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]