Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən nə qədər şəxs zərər görüb? – Özəl

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 21 min 793 mülki şəxs zərər çəkib. Onlardan 8 min 173 nəfər həlak olub.

Aktualtv.az xəbər verir ki, bunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb. BMT Rusiyanın təcavüzü nəticəsində 13 min 620 nəfərin də yaralandığını qeydə alıb. Ötən ay 589 zərərçəkmiş təsdiqlənib – 138 dinc sakin həlak olub, 451 nəfər yaralanıb. Bunun səbəbi əksər hallarda geniş ərazini məhvetmə xüsusiyyətli silahların və partlayıcı predmetlərin istifadəsidir.

Ali Komissarlıq vurğulayıb ki, gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat axını ləngidiyindən ölənlərin həqiqi sayı xeyli çoxdur. Eyni zamanda, bir çox bilgilər hələ də təsdiqini tapmayıb. Bu, xüsusən Mariupol, Lisiçansk, Popasna və Severodonetskə aiddir.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]