Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq xəbərdarlıq edib ki, ABŞ Pxenyanın silah sınaqları çərçivəsində atdığı hər hansı raketi vurarsa, bu, “açıq müharibə elanı” kimi qiymətləndiriləcək.
Aktualtv.az xəbər verir ki, ABŞ və Cənubi Koreyanın bölgədə həyata keçirdiyi birgə hərbi təlimlər və Şimali Koreyanın raket sınaqları Koreya yarımadasında gərginliyi artırarkən, Şimali Koreya liderinin bacısı Kim Çen Inın və KXDR Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Jong ABŞ-yə xəbərdarlıq etdi:
“ABŞ-nin təsir zonasına daxil olmayan sərbəst sularda və havada qonşu ölkələrin təhlükəsizliyinə zərər vermədən həyata keçirdiyimiz strateji silah sınaqlarına müdaxiləsi, açıq müharibə elanı kimi qiymətləndiriləcək və istənilən vaxt lazımi cavab verməyə hazırıq”.
Xatırladaq ki, ABŞ və Cənubi Koreyanın 13-23 mart tarixlərində bölgədə “Azadlıq Qalxanı” adlı ortaq təlim keçirəcəyi açıqlanıb və Şimali Koreyanın bu təlimə cavab olaraq yeni ballistik raket sınağı keçirə biləcəyi bildirilib. Kimin açıqlamasının təlimdən bir qədər əvvəl olması diqqət çəkib.
Murad Həsənov / aktualtv.az










