Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizlik üzrə ikitərəfli işçi qrupu yaradır.
Aktualtv.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.
“Rumıniya xarici işlər naziri amerikalı həmkarını türkiyəli həmkarı -Mövlud Çavuşoğlu tərəfindən 2022-ci ilin dekabrında təsdiq edilmiş Qara dənizdə təhlükəsizlik üzrə ikitərəfli Rumıniya-Türkiyə işçi qrupunun yaradılması təklifi barədə məlumatlandırıb. Amerika tərəfi bu təşəbbüsü yüksək qiymətləndirib”, – Rumıniya XİN-in məlumatında vurğulanıb.
Telefon danışığı zamanı diplomatlar “Qara dəniz regionunda onun mühüm ticarət və enerji marşrutu statusunu gücləndirəcək strateji yanaşma vasitəsilə sabitliyin möhkəmləndirilməsi imkanlarını” müzakirə ediblər.
Etibar Məmmədov / aktualtv.az










