Yaponiya Çinin təsirini artırdığı Hind-Sakit Okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Britaniya və Avstraliya ilə imzaladığı müdafiə sazişlərini ratifikasiya edib.
Çinin Hind-Sakit Okean regionunda təsirini tarazlaşdırmaq axtarışlarını davam etdirən Yaponiya hökuməti Avropa və Sakit Okean ölkələri, eləcə də ABŞ ilə əməkdaşlığı artırmağı hədəfləyir.
Aktualtv.az xəbər verir ki, Nikkei Asia media orqanının məlumatına görə, Tokio hökuməti Yaponiyanın 2022-ci ildə Avstraliya və bu il Böyük Britaniya ilə imzaladığı müdafiəyə giriş sazişlərinə razılıq verib. Müdafiə naziri Hamada Yasukazu bildirib ki, sazişlər Yaponiya Özünümüdafiə Qüvvələri (SDQ) və aidiyyəti ölkələrin orduları arasında birgə təlimləri asanlaşdıracaq.
Murad Həsənov / aktualtv.az










