Çin hakimiyyəti Ukraynanın nüvə təhlükəsizliyini təmin etmək üçün 200 min avro ayıracaq.
Aktualtv.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib. “Çin nüvə təhlükəsizliyinə böyük əhəmiyyət verir. Çin Ukraynada nüvə təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş layihələrə texniki dəstək göstərmək üçün MAQATE vasitəsilə 200 min avro ayırmağa qərar verib”, – brifinqdə deyilib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Pekin MAQATE-nin Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək səylərini dəstəkləyir:
“Çin ədalətli və qarşılıqlı faydalı beynəlxalq nüvə təhlükəsizliyi sistemi yaratmaq üçün dünya ictimaiyyəti ilə işləməyə davam edəcək”.
Murad Həsənov / aktualtv.az










