Rusiyanın qaz təchizatını azaltmasının Avropadakı enerji qiymətlərinə təsiri – Özəl

Ötən yay Rusiya tədarükünü kəsdiyi üçün Avropada qaz və elektrik ödənişləri 300% artıb.

Aktualtv.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen deyib. “Rusiya 8 ayda Avropaya qaz tədarükünü 80 faiz azaldıb. Bu səbəbdən keçən yay Avropada enerji qiymətləri kəskin şəkildə qalxıb və bizim elektrik və qaz ödənişlərimiz 300 faiz artıb”- deyə o, Kanada parlamentindəki çıxışında bildirib.

Avropa Komissiyasının rəhbəri həmçinin iddia edib ki, Rusiya qaz təchizatı ilə bağlı addımları ilə Avropanı şantaj edir. Lakin onun sözlərinə görə, Aİ rəhbərliyi Rusiya qazını etibarlı təchizatçılardan daha çox idxalla əvəz edə bildi və Kanada mayeləşdirilmiş təbii qaz ixracını artırmaqla bunda əsas rol oynadı.

Bundan əlavə, fon der Leyenin sözlərinə görə, avropalılar “enerji istehlakını 20% azalda biliblər”.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]