ABŞ-nin Kaliforniya ştatında həftənin sonuna doğru gözlənilən leysan yağış və fırtınalı hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Aktualtv.az xəbər verir ki, Meteoroloqlar, bir müddətdir davam edən qar fırtınasından sonra, xüsusilə əyalətin yüksək hissələrində Kaliforniyanın yeni hava dalğası altında qalacağını bildiriblər. San Fransisko körfəzi və Sakramento da daxil olmaqla əyalətin mərkəzi və şimal bölgələrində təxminən 16 milyon insan daşqın xəbərdarlığı altında olsa da, bu gün və sabah gözlənilən həddindən artıq yağış və qar əriməsinin daşqınlara səbəb ola biləcəyi qeyd edilib.
Milli Hava Proqnozları Mərkəzi Twitter hesabında xəbərdarlıq edib: “Sierra Nevadanın qərb kənarındakı axınlar və çaylar yağış və qar əriməsi nəticəsində daşqınlara səbəb olacaq”.
Səbinə Kərimova / aktualtv.az










