Gürcüstan parlamenti etirazlara tab gətirmədi – Qanun geri çəkildi – Özəl

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası və “Xalqın günü” hərəkatı martın 7-də parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “xarici agentlər” haqqında qanunu geri çəkib.

Aktualtv.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının siyasi şurasının “Xalqın Gücü” ilə birgə bəyanatında bildirilib. Bəyanatda qeyd edilib ki, qanun layihəsi ətrafında cərəyan edən siyasi proseslərlə əlaqədar tərəflər arasında məsləhətləşmələr aparılıb.

“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bildi”-deyə bəyanatda vurğulanıb. Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vurulduğu qeyd olunub. Həmçinin zorakılığa təmkin və ən yüksək standartlarla reaksiya verən qəhrəman hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür ifadə olunub.

Eyni zamanda Gürcüstan parlamentinin bu həftə keçiriləcək plenar sessiyaları ləğv edilib. Əraziyə yalnız dəymiş ziyanın müəyyənləşdirilməsində iştirak edəcək şəxslərin daxil olmasına icazə veriləcək.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]