Avstriya, Bolqarıstan, Fransa, Almaniya, Lixtenşteyn, Litva, Rumıniya və İsveçin xarici işlər nazirliklərinin nümayəndələri Kişinyovda Moldovanın Avropaya inteqrasiya perspektivlərini müzakirə ediblər.
Aktualtv.az xəbər verir ki, səkkiz ölkənin rəsmisi Moldova Prezidenti Maya Sandu və Baş nazir Dorin Reçanla da görüşəcək. 2022-ci il iyunun 23-də Brüsseldə keçirilən sammitdə İttifaqın dövlət və hökumət başçıları Ukrayna və Moldovaya quruma üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Statusun alınması isə Avropa İttifaqına gedən yolun başlanğıcıdır. Üzvlük danışıqlarına başlamaq üçün ölkələr islahatlar və Dnestryanı problemin həlli də daxil olmaqla bir sıra şərtləri yerinə yetirməlidir.
İlin əvvəlində Sandu etiraf edib ki, hökumət 2022-ci il üçün Fəaliyyət Planının Avropa Komissiyasının ölkəsinə namizəd statusu verərkən tövsiyə etdiyi 35 bəndin yarısından azını yerinə yetirib.
Büllur Məmmədova / aktualtv.az










