Rusiya Silahlı Qüvvələrinin Ukraynanı raket atəşinə tutması nəticəsində Lvov vilayətində ölənlərin sayı 5-ə yüksəlib.
Aktualtv.az xəbər verir ki, u barədə vilayətin hərbi administrasiyasının rəhbəri Maksim Kozitskiy “Telegram”da yazıb. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə Zaporojye Atom Elektrik Stansiyasında enerjinin tamamilə kəsildiyi xəbərini verib.
Qeyd edək ki, gecə saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib. Paytaxt Kiyevə də ballistik raketlər atılıb. Hadisə nəticəsində 2 mülki şəxs yaralanıb. Kiyev meri Vitali Kliçko rusların İran istehsallı “Şahid” PUA-ları ilə hücuma keçdiyini vurğulayıb. Məlumata görə, paytaxt Kiyevlə yanaşı, Odessa və Xarkov şəhərlərində də partlayış səsləri eşidilib. Bütün ölkə ərazisində havadan müdafiə sistemi işə düşüb.
Etibar Məmmədov / aktualtv.az










