Tbilisidə parlament binası qarşısında növbəti etiraz aksiyası

Tbilisidə parlamentin qarşısındakı meydanda vətəndaş fəalları və tələbələrin təşkil etdiyi növbəti etiraz aksiyası keçirilir.

Etirazçılar iki tələb irəli sürüblər – qanunvericilik səviyyəsində xarici agentlər haqqında qanun layihəsinin parlamentdən geri götürülməsinin rəsmiləşdirilməsi və martın 7-də və 8-də polis tərəfindən saxlanılan bütün etirazçıların azadlığa buraxılması.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihələrinin geri götürülməsini cəmiyyətin qələbəsi adlandırıb . Bu barədə onun videomüraciətində deyilir.

O, qanun layihəsinin geri götürülməsi barədə qərarın “xalqın real gücünü nəzərə almaqla” diktə edildiyini vurğulayıb.

Zurabişvili Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb. Eyni zamanda, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezidenti Tbilisidəki iğtişaşlar zamanı etdiyi hərəkətlərə görə tənqid edib. Gürcüstan müxalifəti qanun layihəsini geri götürdükdən sonra vətəndaşları gələcək fəaliyyətləri müzakirə etmək üçün planlaşdırılan mitinq əvəzinə “məlumat toplantısı” keçirməyə çağırıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]