Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya

Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tiflisdə səslənən dövlət himnimizə görə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və Gürcüstana səmimi hörmətimi ifadə etmək istəyirəm.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski vurğulayıb ki, elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanın uğurunu arzulamasın:

“Biz Avropa Birliyində olmaq istəyirik – olacağıq. Biz Gürcüstanın Avropa Birliyində olmasını istəyirik və əminəm ki, olacaq. Biz Moldovanın AB-də olmasını istəyirik və əminəm ki, olacaq. Avropanın bütün azad xalqları buna layiqdirlər”.

Qeyd edək ki, Tiflisdə ölkə parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra etiraz aksiyaları keçirilir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]