ABŞ 11 sentyabr hücumları ilə əlaqəli olduğunu düşündüyü Səudiyyə Ərəbistanı vətəndaşı Qassan Əl-Şarbini düz 20 ildən sonra azad edib.
Aktualtv.az xəbər verir ki, 11 sentyabr hücumlarında şübhəli bilinənlərin salındığı Quantanamo həbsxanası tənqid hədəfi olub. Həbsxanada insan haqlarının pozulmasına görə tənqid olunan məhbus 20 ildən sonra azadlığa çıxıb.
2001-ci ildəki 11 sentyabr hücumlarında 4 fərqli nöqtə hədəf alınmış və ən böyük dağıntı terror təşkilatı Əl-Qaidə tərəfindən qaçırılan 2 təyyarənin Nyu Yorkdakı əkiz qüllələrə çırpılması ilə yaşanmışdır. Hücumlar ABŞ-nin Əfqanıstana müharibə elan etməsi ilə nəticələnsə də, şübhəlilər Quantanamo həbsxanasına salınıb.
Əl-Şarbi 2002-ci ilin martında saxlanılıb. Əl-Qaidə daxilində bomba hazırlamaq üçün təlim keçdiyindən şübhələndiyi üçün Quantanamo həbsxanasına salınıb. Sərbəst buraxılan Əl-Şarbinin Səudiyyə Ərəbistanına göndərildiyi öyrənilib.
Murad Həsənov / aktualtv.az










