ABŞ Dövlət Departamenti Qarabağdakı son insidentə münasibət bildirib.
Aktualtv.az xəbər verir ki, bu barədə qurumun sözçüsü Ned Prays keçirdiyi brifinqdə danışıb.
Prays tərəfləri diplomatik həll yoluna çağırıb:
“Bununla bağlı narahatlıq hər zaman olub. Mürəkkəb bir vəziyyət olduğu üçün həmişə diqqətdədir. Qarabağ bölgəsində son günlərdə gördüyümüz kimi, zorakılığa çox meylli bir vəziyyət yaranıb. ABŞ problemin həllini dəstəkləmək üçün çoxdan əlindən gələni etmək istəyir. Biz bu ölkələrlə ikitərəfli işləməklə, həmçinin Ermənistan və Azərbaycanla üçtərəfli işləməklə, dialoq və diplomatiya sahəsində səyləri dəstəkləməklə, bu ölkələrin özlərinə diplomatik yolla razılıq əldə etməyə kömək etmək üçün bütün müvafiq mexanizmlərlə bunu davam etdirəcəyik”.
Etibar Məmmədov / aktualtv.az










