Finlandiya Ukraynaya növbəti yardım göndərib – Özəl

Finlandiya humanitar yardım və inkişaf əməkdaşlığının gücləndirilməsi üçün Ukraynaya 29 milyon avro göndərib.

Aktualtv.az xəbər verir ki, bu barədə respublika Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, ayrılan məbləğin 15 milyon avrosu humanitar yardıma, 14 milyon avrosu isə Ukraynaya təhsil, ətraf mühit və radiasiya təhlükəsizliyi sahəsində dəstəyə, eləcə də infrastrukturun bərpasına yönəldiləcək. Finlandiyanın Xarici Ticarət və İnkişaf naziri Ville Skinnari deyib: “Biz biganə qala bilmərik. Böhranın ortasında insanların qida, mənzil və dərman vasitələrinə çıxışı olmalıdır, uşaqlar isə məktəbə gedə bilməlidirlər”.

Qeyd edək ki, Finlandiya Ukraynaya silah və maliyyə dəstəyinin verilməsində fəal iştirak edir. 2023-cü ilin fevralına qədər respublika Kiyevə dəyəri 600 milyon avrodan çox olan 12 hərbi yardım paketi göndərib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]