“İrana əngəl olmasaq, dəhşətli nüvə müharibəsi başlayacaq” – Özəl

İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünyada nüvə müharibəsi başlayacaq. Bu, dünyanı dəyişəcək və hər kəs üçün böyük problem olacaq.

Aktualtv.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib. “Dünya Tehranın nüvə silahı əldə etməsinə əngəl olmasa, dəhşətli nüvə müharibəsi başlayacaq. Bu, hamımız üçün problemə çevriləcək. Bu, dünyanı dəyişəcək”-deyə baş nazir qeyd edib. Onun fikrincə, İranın nüvə silahının ortaya çıxması bölgədə zəncirvari reaksiyaya səbəb olacaq, çünki belə bir təhlükəni anlayan digər rejimlər silahlanmağa tələsəcəklər.

Baş nazir deyib ki, sarsıdıcı sanksiyalar və həqiqi hərbi tarazlığın mövcudluğu İranın nüvə silahı istehsalını dayandırmağın tək yoludur.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]