Ukraynaya mümkün qırıcı təyyarələrin tədarükü NATO-nun münaqişəyə bilavasitə cəlb edilməsinə, xüsusən də aerodromların verilməsinə gətirib çıxaracaq.
Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski The Dive YouTube kanalına müsahibəsində deyib. “Qərb həqiqəti qəbul etmək istəmir, vəziyyəti gərginləşdirmək istəyir, döyüş meydanında vəziyyəti dəyişmək üçün daha çox silah göndərmək istəyir. Sonra bəziləri təyyarələrdən danışır” – deyə, diplomat bildirib.
“Təyyarə çox şey ifadə edəcək. Bu, NATO ölkələrinin hava limanlarının texniki xidmətində birbaşa iştirakını nəzərdə tuta bilər, çünki Ukraynanın çoxlu istifadəyə yararlı hava məkanı yoxdur”. “Təsəvvür edin, bu təyyarələr havaya qalxır. Ukrayna səmasına girir və xidmət üçün Polşaya qayıdır. Bundan sonra Polşa münaqişəyə cəlb olunacaqmı? Düşünürəmki bəli. Məncə bu birbaşa müdaxilədir.”
Səbinə Kərimova / aktualtv.az










