Afrikanın 11 ölkəsində vəba epidemiyası tüğyan edir.
Aktualtv.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Uşaq Fondunun (UNİCEF) regional direktorunun müavini Like van de Vil xüsusilə Afrikanın qərb hissəsindəki epidemiyadan narahat olduğunu bu sözlərlə ifadə edib: “Epidemiya 11 Afrika ölkəsində sakit tərzdə davam edir. Malavi və Mozambik epidemiyadan ən çox təsirlənən ölkələr arasındadır. Epidemiya ölümcül ola və yayıla bilər”.
Qeyd edək ki, Afrika ölkələri arasında Burundi, Kamerun, Konqo, Efiopiya, Cənubi Afrika Respublikası, Mozambik, Nigeriya, Keniya və Somali vəba epidemiyasından ən çox zərər çəkən ölkələrdir.
“Vibrio” bakteriyasının səbəb olduğu, qida və su yolu ilə yoluxan xolera qarınişləmə və bədəndə su itməsi ilə müşahidə olunur. Müalicə edilməzsə, ölümcül ola bilir.
Afrikada təmiz suya olan ehtiyac, təsirli tibbi müalicənin təmin edilməməsi bakteriya və viruslardan xəstəlik və ölüm risklərini artırır.
Murad Həsənov / aktualtv.az










