Serbiya prezidenti Aleksandar Vucic Kosovonun müstəqilliyini de-fakto və ya qanuni olaraq tanımayacaqlarını bildirib.
Aktualtv.az xəbər verir ki, Serbiyanın cənubundakı Vranje şəhərində xalqa müraciət edən Serbiya prezidenti Aleksandr Vuçiç bunları deyib:
“Kosovonun müstəqilliyinə imza atan mən olmayacağam. Belə bir şeyə bəhanə gətirmək üçün Serbiya ətrafında gəzməyə utanardım. Biz Kosovonu de-fakto və ya qanuni olaraq tanımayacağıq. Ancaq biz albanlarla sülh və düzgün münasibətlər qurmaq istəyirik.”
Vuçiç fevralın 27-də Brüsseldə Kosovonun baş naziri Albin Kurti ilə görüşüb və Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşdırılması üçün Aİ-nin təklif etdiyi razılaşmanı prinsipcə qəbul etdiklərini açıqlayıb. İctimaiyyət arasında Franko-Alman planı kimi tanınan müqavilə Vuçiçin bəyanatlarına baxmayaraq, Serbiyanın Kosovonu de-fakto tanıması mənasına gələn təcrübələri ehtiva edir. Müqavilə həmçinin Serbiyanın Kosovonun dövlət rəmzlərini və Kosovo pasportunu tanımasını da nəzərdə tutur.
Kosovonun baş naziri Albin Kurti fevralın 27-də keçirilən sammitdə bildirib ki, onlar sənədi imzalamaq istəyirlər, lakin Serbiya tərəfi onu imzalamaqdan imtina edib. Vuçiç və Kurtinin müqavilənin icra prosesini müzakirə etmək üçün martın 18-də Şimali Makedoniyanın Ohrid şəhərində görüşməsi planlaşdırılır.
Murad Həsənov / aktualtv.az










