Bu gün Ümumçin Xalq Nümayəndələri Konqresinin (MPK, Parlament) 14-cü sessiyasının 1-ci iclasının nümayəndələri Çin Xalq Respublikası Dövlət Şurasının (hökumət kabineti) yeni strukturunu təsdiqləyiblər.
Aktualtv.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Dinq Xuexiang, He Lifen, Zhang Quoqing və Liu Quozhong Çin Xalq Respublikasının Dövlət Şurasının yeni Baş naziri Li Qianqın köməkçiləri olublar. Müdafiə naziri Li Şanqfu, ictimai təhlükəsizlik naziri Van Syaoxunq, hökumət katibliyinin rəhbəri Vu Zhenqlonq, Çinin xarici işlər naziri Qin Qanq və Şen Yiqin Dövlət Şurasının üzvü olublar.
26 nazirlik, dövlət komitəsi və digər departament rəhbərləri arasında yalnız iki yeni şəxs təyin edilib: Dövlət İnkişaf və İslahatlar Komitəsinin sədri Zheng Shanjie və Çinin müdafiə naziri Li Şanqfu.
Xatırladırıq ki, martın 5-də başlayan 14-cü sessiyanın 1-ci iclasında Si Cinpin üçüncü beş illik müddətə yenidən Çin Xalq Respublikasının sədri seçilib. Nümayəndələr Şanxay Partiya Komitəsinin keçmiş katibi Li Qianqı Çin Xalq Respublikasının Dövlət Şurasının yeni baş naziri təyin edilib.
Büllur Məmmədova / aktualtv.az










