Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.
Aktualtv.az xəbər verir ki, bunu Fransanın baş naziri Elizabet Born tviterdə yazıb. “Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatlarına dair qanunun mətnini qəbul edib. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlara doğru qəti addım. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq”, – Born bildirib.
Məlumata əsasən, sənədin lehinə 195 senator, əleyhinə isə 112 senator səs verib.
Qeyd edək ki, yeni islahata əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.
Büllur Məmmədova / aktualtv.az










