ABŞ və Gürcüstan Rusiyanın Ukraynaya hücumuna görə tətbiq edilən iqtisadi sanksiyaların davam etməsi və Moskva administrasiyasının təzyiqləri hiss etməyə davam etməsi ilə bağlı razılığa gəliblər.
Aktualtv.az xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüb. Görüşdə Gürcüstanın Avroatlantik məkana inteqrasiyasının hər iki ölkə tərəfindən dəstəkləndiyi bildirilib, Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi üçün apardığı islahatlar müzakirə edilib.
ABŞ-nin Gürcüstanda mübahisəli “xarici agent” qanun layihəsini geri götürməsindən məmnunluğunu ifadə etdiyi görüşdə Rusiyanın Ukraynaya hücumları da müzakirə edilib.
Görüşdə tərəflərin Rusiyaya qarşı iqtisadi sanksiyaların davam etməsi və ölkənin bu sanksiyaların təzyiqini hiss etməyə davam etməsi ilə bağlı razılığa gəldiyi, eyni zamanda “Ukraynadakı müharibəyə görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıması lazım olduğu” bildirilib.
Səbinə Kərimova / aktualtv.az










