Daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə halları ilə bağlı 100-dən çox şəxsin müəyyən edilərək saxlanıldığı bildirilir.
Aktualtv.az xəbər verir ki, İran Daxili İşlər Nazirliyindən verilən açıqlamada, Tehran, Qum, Zincan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbkarı olmaqda şübhəli bilinən 100-dən çox adamın saxlanıldığı bildirilib.
Açıqlamada saxlanılanların bəzilərinin düşmənçilik niyyəti olan şəxslər olduğu, onların insanlar və tələbələr arasında qorxu və təşviş yaratmağa çalışdığı, onların terror təşkilatları ilə əlaqəsi olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyi bildirilib.
Açıqlamada bildirilib ki, ötən həftədən zəhərlənmə hallarının sayı xeyli azalıb.
Səbinə Kərimova / aktualtv.az










