Böyük Britaniya müdafiə sahəsini gücləndirir – Özəl

Britaniyanın Baş naziri Rişi Sunak müdafiə sahəsinə investisiyaları artıracağını açıqlayıb.

Aktualtv.az-ın baş nazirliyin ofisinə istinadən xəbərinə görə, növbəti iki il ərzində Müdafiə Nazirliyinə sursat ehtiyatlarının artırılmasına və gücləndirilməsinə, nüvə müəssisəsini modernləşdirmək və AUKUS sualtı proqramının növbəti mərhələsini maliyyələşdirməyə kömək etmək üçün əlavə 5 milyard funt sterlinq ayırılacaq.

Qeyd olunub ki, bu Birləşmiş Krallığın getdikcə dəyişkən və mürəkkəb dünyanın çağırışlarına cavab vermək üçün atılmış bir addımdır. Ayrılan büdcənin 1,9 milyard funt-sterlinqi Ukraynaya göndərilən silahların əvəz olunmasına və Böyük Britaniyanın sursat infrastrukturunun yaxşılaşdırılmasına sərf olunacaq.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]