“Din pərdəsi” altında təxribat əməllərini həyata keçirənlər tutuldu – SİYAHI

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb.

Saxlanılanlar – Nahid Qəhrəmanov, Rüstəm İsmayılov, Bəhruz Kərimov, Elvin Nəsirov, Samir İsayev, Nihat Xəlilov, Maarif Ağayev, Sakif Ağabalayev, Elnur Meybullayev, Rza Rzayev, Tural Vəliyev, Bəxtiyar Babaşov, Mehman Fətəliyev, Murad Abdullayev, Eldəniz Ağayev, Amal Əhmədov, Ceyhun İlyasov, Tural Həsənov, Hilal Əsədov, Nəriman Baxışov, Anar Xəlilov, İlqar Musayev, Şahin Verdiyev, Hasil Rüstəmov, İsmayıl İsmayılov, Elvin Quliyev, Ülvi Əliyev, Vüsal Alış, Nizami Əhmədov, Rahid İbişov, Mənsur Vəlişov və Rövşən Cabbarov özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparmaqla ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər.

Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmişlər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırmışlar. Araşdırmalarla müəyyən edilmişdir ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf etmişlər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]