Fransanın ayrı-seçkilik siyasəti – Korsikalıların ana dilindən istifadəsinə qadağa qoyulur – Özəl

Korsika Məhkəməsi Fransa adasındakı dövlət müəssisələrində korsika dilinin istifadəsini qadağan edib.

Aktualtv.az xəbər verir ki, məhkəmə qərarı ilə Korsika Assambleyasına debatlar zamanı bu dildən istifadə qadağan edilib, çünki bu, konstitusiyaya ziddir. Qərar, Emmanuel Makron administrasiyasının Korsikaya daha çox muxtariyyət verilməsi üçün yerli siyasətçilər ilə danışıqlar aparmasının nəticəsidir.

İddia adadakı mərkəzi hökumətin ən yüksək vəzifəli şəxsi olan Korsika prefekti tərəfindən qaldırılıb. UNESCO-nun mədəniyyət agentliyi standart italyan dilinə bənzəyən və təxminən 150 min insanın danışdığı Korsika dilini təhlükə altında olduğunu hesab edir.

Beləliklə, bu qərar korsikalıların böyük narazılığına səbəb olub. Nəticədə etirazlar başlayıb. Fransa insan haqları məsələsinə öz həqiqi, ikiüzlü münasibətini bir daha nümayiş etdirdi. Bu, tipik ayrı-seçkilik və beynəlxalq hüququn pozulması halıdır.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]