İranda təqaüdçülər etiraz aksiyası keçirir – Özəl

İranın bir neçə şəhərində təqaüdçülər Sosial Təminat İdarələrinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Aktualtv.az xəbər verir ki, təqaüdçülər dözülməz məişət şəraiti, yoxsulluq, inflyasiya və bahalığa qarşı etirazlarını bildiriblər. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, ötən həftənin sonlarında Tehran, Kərəc, Ərdəbil, Zahidan, Bəndər Abbas, Hörmüzgan vilayətlərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları artıq siyasi tələblər irəli sürərək hakimiyyətdə təmsil olunan şəxslərin deyil, bütövlükdə İranın siyasi quruluşunun dəyişməsini tələb ediblər.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]