Putinlə Paşinyan arasında telefon danışığı baş tutub – Özəl

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Aktualtv.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış bəyanatların kompleks şəkildə həyata keçirilməsinin praktiki aspektləri müzakirə olunub.

Bundan başqa, tərəflər Ermənistan ilə Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sülh müqaviləsinin hazırlanması məsələsini də müzakirə ediblər.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]