Şəhərin mərkəzində hərbi təlim keçirilib – Özəl

Fransada fevralın 25-də başlayan və ölkənin NATO-dakı müttəfiqlərinin iştirakı ilə həyata keçirilən “Orion23” hərbi təlimi Cahors şəhərində başa çatıb.

Aktualtv.az xəbər verir ki, ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsində əsgərlər mülki vətəndaşlar arasında boş güllə, səs və tüstü bombalarından istifadə ediblər. Hərbçilər manevr ssenarisi çərçivəsində ələ keçirilən şəhəri “geri alıblar”.

Ətrafdakılar insanlar tərəfindən qeydə alınan görüntülərdə əsgərlərin yaşayış məntəqəsində təlimləri zamanı avtomobillərin və mülki şəxslərin yolları keçməyə davam etdiyi əks olunub. Son illərdə şəhər mühitində ən böyük təlim olan “Orion23″də Fransadan 1 000-ə yaxın hərbçi iştirak edib. Bu, təliminin son mərhələsi olub.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]