“Şimal axını”ndakı partlayışların icraçısının kim olduğu bilinmir – Özəl

Rusiya hələ də “Şimal axını”ndakı partlayışların müəllifi və icraçısının kim olduğunu dəqiq bilmir.

Aktualtv.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Bununla yanaşı o, belə bir əməliyyat keçirməyə qadir olan ukraynalı terrorçuların mövcudluğuna şübhə ilə yanaşıb. Patruşev ABŞ və Britaniyanın mütləq bu təxribatı təşkil edə biləcək bölmələrinin olduğunu söyləyib. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Kiyev bu terror hücumlarından heç nə itirməyib və heç nə qazanmayıb.

Onun sözlərinə görə, “Şimal axını”nda partlayışların Ukrayna üçün faydası yoxdur: “Rusiya Federasiyası “Şimal axını” ilə bağlı obyektiv araşdırma aparmaqda israrlıdır, onsuz birtərəfli versiyalar heç nəyi izah etmir”.-deyə o fikirini tamamlayıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]