Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 48 448-ə çatıb. Həlak olanlardan 6 min 660 nəfəri xarici ölkə vətəndaşıdır.
Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazir qeyd edib ki, zəlzələlərdə həlak olmuş 1 615 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir.
Onların da bəziləri xarici ölkə vətəndaşlarıdır.
Murad Həsənov / aktualtv.az