Birləşmiş Krallığın baş naziri Rişi Sunak düşmən dövlətlərin təhdidlərinə qarşı çıxmaq üçün qarşıdakı iki il ərzində müdafiə xərclərini təxminən 5 milyard funt sterlinq artıracağına söz verib.
Aktualtv.az xəbər verir ki, maliyyələşdirmə Böyük Britaniyanın yeni xarici təhlükəsizlik strategiyasında Çinə qarşı mövqe almasından xəbər verir. Birləşmiş Ştatlar və Avstraliya ilə Aukus paktını yaradan krallıq Çinin Hind və Sakit okeandakı gücünə qarşı mövqe alır. Hökumət əlavə xərclərdən 3 milyard funt-sterlinqin sənaye infrastrukturunun gücləndirilməsi, Krallığın sualtı qayıqlarına xidmət göstərilməsi və paktı dəstəkləmək üçün ayrılacağını deyir.
Qalan 1,9 milyard funt-sterlinq isə Ukraynaya göndərilən silahların dəyişdirilməsinə və Böyük Britaniyanın sursat infrastrukturunun yaxşılaşdırılmasına sərf olunacaq. Yeni pulun 1,98 milyard funt-sterlinqi bu il, 2,97 milyard funt-sterlinq isə gələn il xərclənəcək, müdafiə xərcləri 2025-ci ildən sonra yenidən nəzərdən keçiriləcək.
Büllur Məmmədova / aktualtv.az










