İran Küveytlə danışıqlar aparır – Özəl

İran və Küveytin dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlar apardığı bildirilib.

Aktualtv.az xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyinin (Kuna) verdiyi xəbərə görə, iki ölkənin ümumi hüquq komissiyası İranın paytaxtı Tehranda toplaşıb. Danışıqlar zamanı Küveyt tərəfinə xarici işlər nazirinin müavini, səfir Mənsur əl-Uteibi, İran tərəfinə isə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, səfir Rza Nəcəfi sədrlik edib.

İki ölkə arasında dəniz sərhədlərinin çəkilməsi məsələsinin müzakirə olunduğu görüşdə bu məsələnin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyi vurğulanıb. Uteybi iki ölkənin siyasi məsləhətləşmə iclası zamanı İranın xarici işlər nazirinin müavini Əli Bakiri ilə ikitərəfli əlaqələrin inkişafı və möhkəmləndirilməsi imkanlarını da müzakirə edib.

Maraqlıdır ki, sərhəd çəkilişi danışıqları Səudiyyə Ərəbistanı ilə İran arasında normallaşma razılaşmasından bir neçə gün sonra baş tutub.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]