İran şagirdləri zəhərləməyə davam edir – Özəl

Son aylar İran məktəblərində zəhərlənən şagirdlərin sayı 13 minə çatıb.

Aktualtv.az xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Səid Kərimi açıqlama verib. 2022-ci il noyabrın 30-dan bu günə kimi İranın 28 əyalətinin 100 şəhərinin 250 məktəbində şagirdlərin zəhərlənməsi qeydə alınıb.

Qeyd edək ki, ötən gecədən İranın bir neçə şəhərində yenidən etiraz aksiyaları başlayıb. Tehran, Məşhəd, Sənəndəc, Məlayir və Soyuqbulaq şəhərlərinin küçələrində nümayişlər keçirilib. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yaydığı məlumatda isə, İran rejiminin bayram şənliklərinin rejim əleyhinə nümayişlərə təkan verə biləcəyindən ehtiyat etdiyi vurğulanıb. Bildirilib ki, nümayişlərin qarşısını almaq üçün də tədbirlər görülür.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]