İranın Azərbaycana qarşı təxribatına ABŞ-dən reaksiya – Özəl

ABŞ Dövlət Departamenti İran İslam Respublikasına məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib.

Aktualtv.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub:

“Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]