Keçmiş prezident hədiyyələrlə bağlı məhkəməyə çağırılıb – Özəl

Braziliyanın eks prezidenti Jair Bolsonaro bəyan edilməmiş hədiyyələrlə bağlı ifadə verəcək.

Aktualtv.az xəbər verir ki, Dino verdiyi açıqlamada Bolsonaronun ifadə vermək üçün çağırılacağını bildirsə də, bunun reallaşacağı tarix ilə bağlı məlumat paylaşmayıb.

Braziliyanın ədliyyə naziri Flavio Dino: “Keçmiş prezident Bolsonaronun Səudiyyə Ərəbistanı səfərindən qayıdarkən aşkarlanan 3,2 milyon dollar dəyərində qızıl-zinət əşyaları ilə bağlı ifadə verməyə çağırılacaq”.

Ədliyyə nazirinin sözlərinə görə keçmiş prezident ifadə vermək üçün çağırılacaq, buna əməl etməzsə beynəlxalq əməkdaşlıq mexanizmlərinin işə düşəcəyi yeni bir yol izlənəcək.

Bəyan edilməmiş daş-qaşlarla bağlı araşdırmaların davam etdiyini qeyd edən nazir Dino: “Dinlənən başqa adamlar və şahidlər də var. İstintaq dinlənilmədən tamamlana bilər, amma ümid edirik ki, gəlib ifadəsini verəcək” – deyib.

Dino istintaq çərçivəsində çoxlu fotoşəkil, video və sübutların da olduğuna diqqət çəkib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]