Qasırğa 99 nəfərin ölümünə səbəb olub – Özəl

Malavidə “Freddi” tropik qasırğası və onun səbəb olduğu sel nəticəsində azı 99 nəfər ölüb.

Aktualtv.az xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti məlumat yayıb. Malavi Qırmızı Xaç humanitar təşkilatından bildirilib ki, qasırğa 93 nəfərin yaralanmasına, 16 nəfərin itkin düşməsinə səbəb olub. Məlumata görə, təbii fəlakətdən 2 mindən çox insan zərər çəkib.

Qeyd olunur ki, təbii fəlakətlə əlaqədar malavidə fövqəladə vəziyyət elan olunub. Qonşu Mozambikin səlahiyyətliləri də qasırğa və sel səbəbindən son sutka ərzində 4 nəfərin öldüyünü bildiriblər.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]