Turistlərə bu nəqliyyat vasitəsindən istifadə qadağan edildi – Özəl

İndoneziyanın Bali adasının hakimiyyət orqanları turistlərə mopedlərdən istifadə etməyi qadağan edib.

Aktualtv.az xəbər verir ki, bu barədə adanın qubernatoru açıqlama verib. Adanın ən populyar nəqliyyat növünün rəsmi icarəsi artıq əcnəbilər üçün əlçatmaz olacaq. Belə ki, mopedlər son zamanlar turistlər arasında yaralanma və ölümlə nəticələnən qəzalara səbəb olub.

Qubernator nəqliyyat vasitəsini “qəddar və yaramaz” adlandırıb. Yeni qadağanı pozan turistlər vizadan məhrum edilə bilərlər. Adanın hakimiyyət orqanları əcnəbilərə yalnız turizm xidmətləri tərəfindən hazırlanmış və bütün standartlara cavab verən nəqliyyat növlərindən istifadə etməyi təklif edir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]