Ukrayna hökuməti büdcə xərclərinin 537 milyard qrivna, təqribən 14,68 milyard Birləşmiş Ştatlar dolları artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib ki, bunun da böyük hissəsi orduya ayrılacaq.
Aktualtv.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib. “Biz təhlükəsizlik və müdafiə sektoruna 518 milyard qrivnadan çox vəsaitin ayrılmasını, ehtiyat fondunun daha 19 milyard- təqribən 520 milyon Birləşmiş Ştatlar dolları artırılmasını təklif edirik”-deyə, o bildirib.
Baş nazir, Nazirlər Kabinetinin orduya ödənişlər, hərbi və xüsusi texnika və texnikanın alınması üçün əlavə vəsaitin ayrılmasını təklif etdiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, vəsait Qərb tərəfdaşlarının dəstəyi ilə ayrılacaq.
Etibar Məmmədov / aktualtv.az










