Ərdoğanın sözçüsü ABŞ-da Azərbaycan-Ermənistan məsələsini də müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb.

Aktualtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutub.

Danışıqlar zamanı ikitərəfli əlaqələr müzakirə olunub və bir sıra qlobal məsələlərə toxunulub.

Rəsmilər Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan normallaşma prosesi, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]