Rusiya Aerokosmik Qüvvələrinin nəzarət vasitələri səhər saatlarında ABŞ-nin “MQ-9” dronunun Rusiyanın dövlət sərhədi istiqamətində uçuşunu qeydə alıb.
Aktualtv.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. Bildirilib ki, hava hücumundan müdafiə qüvvələrinin növbətçi qırıcıları Qara dəniz akvatoriyası üzərində hava məkanını pozanı müəyyən edilməsi üçün havaya qaldırılıb. Lakin Rusiya qırıcılarının göyərtə silahlarından istifadə etmədiyi və Amerika dronu ilə təmasda olmadığı vurğulanıb.
“Kəskin manevr nəticəsində amerika pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxıb və su səthinə çırpılıb”- deyə açıqlamada qeyd olunub. Hadisə ilə əlaqədar Rusiyanın Vaşinqtondakı səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.
Büllur Məmmədova / aktualtv.az










