Səudiyyə Ərəbistanı bu ölkələrə neft satmayacaq – Özəl

Səudiyyə Ərəbistanı ona qarşı neft sanksiyaları tətbiq edəcəkləri təqdirdə, tavan qiymət qəbulunu dəstəkləyən ölkələrə enerji satmayacaq.

Aktualtv.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Al Səud deyib. Onun fikrincə, neftin qiymətinin məhdudlaşdırılması siyasəti bazarlarda volatilliyə səbəb olur və sənayenin inkişafını ləngidir.

“Əgər Səudiyyə Ərəbistanının neftinin ixracına məhdudiyyətlər qoyularsa, biz tədarükümüzə tavan qiymət tətbiq edən heç bir ölkəyə neft satmayacağıq və neft hasilatını azaldacağıq. Başqaları da belə etsə, təəccüblənmərəm”-deyə, səudiyyəli nazir deyib.

Onun fikrincə, enerji qiymətlərini məhdudlaşdıran sanksiyalar qlobal neft sənayesinə sərmayə qoyuluşuna xələl gətirə və qlobal təklifin tələbdən xeyli geri qalmasına səbəb ola bilər.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]