Dəhşətli dağıntılara səbəb olan zəlzələlərin ardından Türkiyənin Adıyaman şəhərində sel suları 5 nəfərin ölümünə, 5 nəfərin itkin düşməsinə səbəb olub.
Aktualtv.az xəbər verir ki, əraziyə çox sayda xilasedicilər cəlb olunub. Şanlıurfada isə aralarında xilasedicilər də olan 6 nəfəri sel aparıb. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar “narıncı” xəbərdarlıq elan edilib.
Qeyd olunub ki, bölgə sakinlərinə bildirişlər göndərilib. Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Sakinlərə yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib. Bölgəyə səfər edən Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu axtarış xilasetmə əməliyatlarının davam etdiyini bildirib .
Murad Həsənov / aktualtv.az










