Ukrayna müharibədə əsas diqqəti bura yönəldib – Zelenskidən AÇIQLAMA – Özəl

Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri istiqamətinin gücləndirilməsinə yönəldiyini açıqlayıb.

Aktualtv.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb. “Qərargahın toplantısını keçirdim. Baş Komandan, kəşfiyyat, istiqamət komandanlarının məruzələri. Əsas diqqət “Xortitsa” qoşunların operativ-strateji qruplaşması və Baxmut üzərindədir. Bütün Qərargahın aydın mövqeyi var: bu istiqaməti gücləndirmək, işğalçıları maksimum məhv etmək”, -deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Baxmut uğrunda döyüşlər hələ ötən ilin avqustunda başlayıb. Cari ilin yanvar ayından döyüşlərin intensivliyi artıb. Şəhər və onun ətrafı hər iki tərəf üçün böyük strateji və mənəvi önəm daşıyır. Müharibənin ilk günlərindən atəşə tutulmağa başlayan Baxmut faktiki olaraq “kabus şəhərə” çevrilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]