Birləşmiş Ştatların “Porter” idarəolunan raket esminesi Litvanın Baltik dənizindəki Klaypeda limanına çatıb.
Aktualtv.az xəbər verir ki, Porter esminesi ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığının təyin etdiyi missiyaları yerinə yetirir. Gəmini Litva Hərbi Dəniz Qüvvələrinin sualtı əməliyyatlar qrupunun, eləcə də, limanın və sahil xəttinin təhlükəsizlik xidmətinin silahlı mühafizəçiləri çağırıb.
Litva komandanlığının məlumatına görə, gəmi Klaypedada olduğu müddətdə liman sularında sürətli qayıqlarla qorunacaq. Qeyd edək ki, esmines torpedalar, müxtəlif növ raketlər, artilleriya və pulemyot sistemləri ilə silahlanmışdır. O, MH-60R “Sea Hawk” helikopterlərini daşıyır. Onun heyəti təxminən 300 dənizçidən ibarətdir.
Büllur Məmmədova / aktualtv.az










