Səudiyyə Ərəbistanı və İran bir-biri ilə hərbi münaqişəyə girməmək və öz maraqları naminə kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.
Aktualtv.az xəbər verir ki, bu barədə krallığın yüksək rütbəli nümayəndəsinə istinadən Al Arabiya telekanalı məlumat yayıb. “Hər iki ölkə bir-birinə qarşı hərbi təcavüzdən qaçmaq və kəşfiyyat fəaliyyəti aparmamaq üçün müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüb”, – deyə rəsmi mənbədən bildirilib.
Həmçinin qeyd edilib ki, İranla münasibətlərin normallaşdırılmasına dair danışıqlar zamanı qəbul olunmuş razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı başqa ölkələrə öz ərazisindən İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə icazə verməyəcək.
Səbinə Kərimova / aktualtv.az










