Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Born ilə Yelisey sarayında görüşüb.
Aktualtv.az xəbər verir ki, prezident və Baş nazir deputatların pensiya islahatı qanun layihəsini son formada rədd edəcəkləri təqdirdə parlamentin aşağı palatasının buraxılmasının mümkünlüyünü müzakirə ediblər. Məlumata görə, parlamentin aşağı palatasının buraxılmasının məqsədəuyğunluğu ilə bağlı məsləhətləşmələr bu gün davam edəcək, eyni zamanda hakimiyyət qanunda nəzərdə tutulmuş müxtəlif addımları nəzərdən keçirir.
İndiki mərhələdə hakimiyyət “deputatları islahatın qəbuluna səs vermənin zəruriliyinə inandırmağa” ümid edir. Eyni zamanda, Makron Bu gün Milli Assambleyada keçiriləcək səsvermədə şəxsən iştirak etmək niyyətindədir.
Büllur Məmmədova / aktualtv.az










