Polşada bir qrup xarici vətəndaş Rusiyaya casusluq etməkdə şübhəli bilinərək həbs edilib.
Aktualtv.az xəbər verir ki, bu barədə BBC-nin Polşanın iki hökumət rəsmisindən məlumat aldığını vurğulayır. RMF FM radiostansiyası bildirib ki, Polşa təhlükəsizlik xidməti Rusiyaya işləyən casus şəbəkəsini dağıdıb. 6 nəfər Ukraynaya yardımın çatdırılması üçün istifadə edilən nəqliyyat infrastrukturunun görüntüsünü əldə etmək üçün məxfi kameralar quraşdırmaqda şübhəli bilinərək saxlanılıb.
Radiostansiyanın məlumatına görə, qrup Polşanın Ukrayna ilə həmsərhəd olan Podkarpakye vilayətində dəmir yolu qovşaqlarının və mühüm nəqliyyat marşrutlarının yanında onlarla kamera quraşdırıb. Onlardan bəziləri Ukraynaya hərbi və humanitar yardımların çatdırılması üçün beynəlxalq logistika mərkəzinə çevrilmiş kiçik regional hava limanının yaxınlığında tapılıb.
Büllur Məmmədova / aktualtv.az










